Qusarda “Erasmus+” layihəsinin iştirakçıları üçün tur təşkil olunub. Bu barədə ShimalNews 16 sentyabr tarixində xəbər verir.

“Erasmus+” gənclər mübadiləsi layihəsidir. Onun “The Art of Wellbeing” proqramı çərçivəsində olan layihədə Azərbaycan, İtaliya, Yunanıstan, Sloveniyadan ibarət olmaqla 24 nəfər iştirak edib. Onlar Laza şəlaləsinə “hiking” ediblər. Sonra isə kəndin uşaqları ilə birgə “Let’s dream Together” adlı rəsm üzrə ustad dərslərində iştirak ediblər.

Burada məqsəd gənclərə müxtəlif incəsənət terapiya metodları ilə öz psixi sağlamlıqları üzərində işləmək, onların ümumi çətinliklərini müəyyənləşdirmək və bu çətinliklərə həll yollarını tapmaq bacarıqları aşılamaqdır.

Həmçinin iştirakçılar üçün “Komanda quruculuğu”, “Mindfulness and Dance Therapy”, “Avatar-Tree of Life” ,“Liturgia”, “Treasure Hint”, “Addressing Bullying – Exploring Types through theatre” və digər təlimlər keçirilib.

Qusar: gənc layihə iştirakçıları Lazaya səfər ediblər
Foto Gənclərin Sosial İnkişafına Dəstək – GSİD İctimai Birliyi