Qusarda uşaq futbolçular arasında yoxlama oyunları keçirilib. Bu haqda ShimalNews 16 sentyabr tarixində məlumat verir.
İdman tədbiri Olimpiya İdman Kompleksinin 15 illik yubileyinə həsr edilib. Burada kompleksin “Qafqaz” komandası Bakının “Little stars” futbol məktəbinin eyniadlı təmsilçisi ilə üz-üzə gəlib. Komandamız paytaxtdan gələn rəqibini 9:0 hesabı ilə məğlub edib.