Qubada səhərə yaxın zəlzələ qeydə alınıb. Bu barədə ShimalNews 16 sentyabr tarixində xəbər verir.

Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 05:52-də Quba stansiyasından 27 km cənub-qərbdə zəlzələ qeydə alınıb.

Maqnitudası 3.3, dərinliyi 42 km olan zəlzələ hiss olunmayıb.