Qubada Talış kənd klubu təkrar auksiona çıxarılacaq. Bu barədə ShimalNews 16 sentyabr tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verir.

Müsabiqə 17 sentyabr saat 10:00-da keçiriləcək. Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə linkdən tanış ola bilərsiniz. Sənədlər auksionun başlanmasına ən geci 3 iş günü qalanadək təqdim olunmalıdır. Başlanğıc qiymət 1500 manat, beh isə 200 manat təşkil edir.

Tikilinin ümumi sahəsi 81.6 kv.m-dir.

Ünvan: Quba şəhəri, Qasım İsmayılov küçəsi, 3.

Əlaqə telefonu: (kod 02333) 5-31-62.