Quba rayonunun Bağbanlı qəsəbəsində inşa edilən yeni məktəb binasının açılış mərasimi keçiriləcək. Bu haqda ShimalNews 16 sentyabr tarixində məlumat verir.

Rövşən Mütəllimov adına tam orta məktəbin açılışı sentyabrın 18-də baş tutacaq. Burada dövlət qurumlarının əməkdaşları, vəzifəli və rəhbər şəxslər, həmçinin media nümayəndələrinin iştirakı gözlənilir.

Heydər Əliyev fondu tərəfindən tikilən təhsil ocağının inşası haqda məlumat vermişdik.

Quba: yeni inşa edilən təhsil ocağının açılışı təşkil edilir
Photo Shimal.News
Quba: yeni inşa edilən təhsil ocağının açılışı təşkil edilir
Photo Shimal.News