“Ekosəfir Qızlar” Təhsil Proqramı Quba və Qusardan olan gənc qızları ətraf mühit elçiləri olmağa dəvət edib. Bu barədə ShimalNews 16 sentyabr tarixində məlumat verir.
Bu proqram ekoloji maarifləndirmə və davamlılığı artırmaq üçün icmalardan 15-18 yaş arası gənclər üçün nəzərdə tutulub.
Proqram zamanı iştirakçılara:
– Mövzu üzrə canlı təlimlər mütəxəssislər tərəfindən keçiriləcək;
– Biomüxtəliflik, 3R modeli (Reduce – Azalt, Reuse – Təkrar İstifadə, Recycle – Təkrar emal), bərpa olunan enerji, iqlim dəyişikliyi və daha çox bu kimi ekoloji problemlər haqqında danışılacaq;
– Öz icma təşəbbüsünü həyata keçirmək istəyənlərə şans qazandırılacaq;
– Ekoloji-dost mentorlar tərəfindən dəstək göstəriləcək.
Son müraciət tarixi: 5 oktyabr 2023-cü il.
“Ekosəfir Qızlar” ABŞ Dövlət Departamentinin Mübadilə proqramıdır. O, ABŞ-nin Azərbaycandakı Səfirliyi tərəfindən dəstəklənir və “Resource HUB”nin təşkilati dəstəyi ilə həyata keçirilir.
Müraciət üçün link.