İsmayıllının Hacıhətəmli kəndindən olan şəhidin anım günü qeyd olunub. Bu barədə ShimalNews 16 sentyabr tarixində məlumat verir.

2022-ci ilin 12-14 sentyabr tarixlərində sərhəddə Ermənistan Silahlı Qüvvələri tərəfindən genişmiqyaslı təxribat törədilib. Onun qarşısının alınması zamanı Qədim Xəlilov şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.