İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 16 sentyabr tarixində Unikal.az-a istinadən xəbər verir.

Qəza bu gün saat 01:00 radələrində Quşencə kəndində qeydə alınıb. Şəhriyar Babazadənin idarə etdiyi “Ford Tranzit” və Arzu Məcidovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Sürücülər və “Ford”dakı biri azyaşlı olmaqla 3 sərnişin xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata əsasən, avtomobildə müxtəlif xəsarətlər alan bir nəfər sıxılmış vəziyyətdə qalıb. Yaralı nəqliyyat vasitəsindən çıxarılaraq xəstəxanaya çatdırılıb.