Bu gün İsmayıllının Talıstan meşəbəyliyinin 2 saylı dolayının 31-ci kvartalında, Xanagah kəndinin yaxınlığında növbəti ümumrespublika təmizlik aksiyası keçirilib. Bu barədə ShimalNews 16 sentyabr tarixində məlumat verir.

Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə baş tutub. Burada adıçəkilən qurumların, Meşələrin İnkişafı Xidməti 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, Şahdağ Milli Parkının, Dağlıq Şirvan Regional Hidrometeorologiya Müəssisəsinin və Qalınçaq Bələdiyyəsinin əməkdaşları, o cümlədən İsmayıllı gəncləri iştirak ediblər.

Toplanmış tullantılar xüsusi nəqliyyat vasitəsilə poliqona daşınıb.