İsmayıllı rayon sakini 8 gündür ki, axtarılır. Bu barədə ShimalNews 16 sentyabr tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

8 sentyabr tarixində 17 yaşlı Əsmər Əbülfəs qızı yaşadığı ünvandan çıxıb, bir daha geri qayıtmayıb.

Şəkildəki şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər, (050) 280-45-00, (050) 775-75-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.