Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xaçmazda körpünün uçmasına dair açıqlama verib. Bu barədə ShimalNews 15 sentyabr tarixində məlumat verir.
İntensiv yağıntılar nəticəsində güclü sel suları yaranıb. Nəticədə 1974-cü ildə inşa edilmiş avtomobil körpüsü çöküb. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır. Sürücülər alternativ olaraq, Qımılqışlaq yolundan istifadə edə bilərlər.
Hazırda alternativ olan, Qımılqışlaq və Xaspoladoba-İzmaylovka-Xaçmaz yollarından istifadə edə bilmirlər, onlar bağlıdır.
Daha öncə həmin hadisədə 3 nəfərin xəsarət alması barəsində xəbər vermişdik.