Xaçmazda körpünün çökməsi nəticəsində xəsarət alan Əlisafa Heybətovun səhhəti nəzarət altındadır. Bu barədə ShimalNews 15 sentyabr tarixində xəbər verir.

İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov xəstəxanada olub, xəsarət alanın səhhəti ilə maraqlanıblar. Həkimlər sakinin həyatına təhlükə olmadığını bildiriblər.

Hadisə zamanı digər xəsarət alan – Əfsun Qarayev öz istəyi ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına təxliyə olunub. Nisbətən yüngül zədəsi olan Elvin Səfərəliyevə isə ambulator müalicə təyin olunub və evə buraxılıb.