Xaçmazda Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Xəzər dənizinin akvatoriyasında nəzarət tədbirləri keçirib. Bu barədə ShimalNews 15 sentyabr tarixində xəbər verir.
Xəzər dənizində qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Araşdırma zamanı saxlanılanların Siyəzən rayon sakinləri Şahmar Qasımov, Adil Mirzəməmmədov, Rüstəm Fətəliyev olduqları müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.