Xaçmazda kişi meyiti aşkarlanıb. Bu haqda ShimalNews 15 sentyabr tarixində Report-a istinadən məlumat verir.
Cəsəd rayon ərazisindəki kafenin yaxınlığında tapılıb. Naməlum şəxsin meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.