Xaçmazda meyiti aşkarlanan kişinin kimliyi bəlli olub. Bu haqda ShimalNews 15 sentyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəsədin Müşkür kənd sakini, 56 yaşlı Qərib Rzayevə məxsus olduğu müəyyən edilib.
Bu hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı rayon sakini Yalçın Hüseynov saxlanılıb.
Araşdırmalar davam etdirilir.