Qusar rayonunun böyük bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranıb. Bu haqda ShimalNews 15 sentyabr tarixində “Azəriqaz” İB-yə istinadən məlumat verir.

Qaz təchizatının dayandırılması “Qusar-2” qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti ilə “Şahdağ TK (QPS)” qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttinin əlaqələndirilməsi ilə bağlıdır.

Təmir-quraşdırma işləri aparılan müddətdə təchizatda fasilə yaşanacaq.