Qusarda təcili yardım avtomobili qəzaya düşüb. Bu haqda ShimalNews 15 sentyabr tarixində “Kusaronline”a istinadən məlumat verir.

Qusar Rayon Mərkəzi Xəstəxanasına məxsus nəqliyyat vasitəsinin qarşısına qəfil inək çıxıb. Nəticədə heyvan ağır xəsarət alıb, avtomobil isə yararsız hala düşüb.

Araşdırma aparılır.