Qubada azyaşlı uşaqlar üçün bədii gimnastika bölməsi açılıb. Bu barədə ShimalNews 15 sentyabr tarixində məlumat verir.
Məşqlər Olimpiya İdman Kompleksində məşqçi Fatimə Qurbanova tərəfindən keçiriləcək. 4-5 yaşdan yuxarı olan uşaqlar dərslərə qatıla bilərlər.
Dərslər həftədə 2 dəfə – cümə günü saat 17:00-dan 19:30-dək, şənbə günü saat 10:00-dan 12:00-dək davam edəcək. Aylıq qiymət 20 azn təşkil edir.
Ətraflı məlumat üçün (077) 342 75 62; (010) 260 76 46 nömrələri ilə əlaqə saxlamaq olar.