Qubanın bir sıra kəndlərində internet təminatında fasilə yaranıb. Bu barədə ShimalNews 15 sentyabr tarixində xəbər verir.

Daxil olan məlumata görə, bu hal Alekseyevka, Zizik, İqrığ, Nərimanabad kəndləri və Timiryazev qəsəbəsində “CityNet” provayderin abunəçilərində müşahidə olunur. Ümumilikdə 2000-dən çox abonent internetsiz qalıb.

Fasiləyə səbəb M.P.Vaqif küçəsindəki qəza olub. Yük avtomobili xətləri qıraraq dirəkləri aşırıb. Hazırda təmir işlərinə start verilib. Günün sonuna kimi bərpa işlərinin bitməsi gözlənilir.