Qubada Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov vətəndaşların qəbulunu keçirib. Bu barədə ShimalNews 19 may tarixində agentliyə istinadən məlumat verir.

Görüş 1 nömrəli Regional Sukanal İdarəsinin inzibati binasında baş tutub. Burada Quba, Qusar və digər rayonlardan olan sakinlər iştirak ediblər. Onların müraciətləri dinlənilib və şikayətlərinə baxılıb.