Qubada yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 15 sentyabr tarixində Den.az-a istinadən məlumat verir.
Qəza Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb. “VAZ-2107” və “VAZ-2104” markalı avtomobillər toqquşub. Nəticədə Xucbala kənd sakini, 47 yaşlı Hümmət Ağaməmmədov müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma aparılır.