Quba rayonunda məktəbin inşa edilən yeni binası istifadəyə verilib. Bu haqda ShimalNews 15 sentyabr tarixində AR ETN-ə istinadən məlumat verir.

Bu gün Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, icra başçısı İlqar Mahmudov, Quba-Xaçmaz RTİ-nin müdiri Rüfət Hacıyev, müəllimlər, şagirdlər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları yeni binada yaradılan şəraitlə yaxından tanış olublar. Qeyd edilib ki, cari tədris ilində məktəbdə 290 şagird təhsil alacaq.

360 yerlik məktəbdə aparılan təmir-tikinti işləri haqda daha öncə məlumat vermişdik.