İsmayıllıda 2022-ci ilin Sentyabr döyüşləri şəhidinin anım günü qeyd olunub. Bu barədə ShimalNews 15 sentyabr tarixində Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Şəhid Cavidan Bədəlovun 1-ci ildönümü Talıstan kəndində keçirilib. Mərasimdə RİH-nin başçısı, məsul əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri, kənd sakinləri iştirak ediblər.
C.Bədəlov 44 günlük Vətən müharibəsində də döyüşüb. O, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, ölümündən sonra isə “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.