Bu gün İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun 1-ci ildönümüdür. Bu haqda ShimalNews 15 sentyabr tarixində məlumat verir.

Elnurun anım mərasimi doğma evində keçiriləcək. O, 2022-ci ilin 12–14 sentyabr tarixlərində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

E.Səmədov 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə savaşıb. O, “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına gorə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.