Nahid Bağırov İsmayıllı rayonunun Enişdibi kəndində sakinlərlə görüşüb. Bu haqda ShimalNews 15 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.

Rayon başçısı qəbul zamanı sakinlərlə kəndin ümumi problemlərini müzakirə edib, onların arzu və təkliflərini dinləyib. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və aidiyyəti üzrə təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.