Bu gün İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin yeni tikilmiş tədris binası istifadəyə verilib. Bu barədə ShimalNews 15 sentyabr tarixində xəbər verir.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayev iştirak ediblər.

Təhsil ocağının 280 yerlik  məktəb binasında 12 sinif otağı, fənn kabinetləri, fizika, kimya və biologiya laboratoriyaları, məktəbəqədər, hərbi hazırlıq, linqafon, informatika otaqları, kitabxana və oxu zalı, yeməkxana, akt və idman zalları yerləşir. Eləcə də videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb.