“İsmayıllı” FK yenidən Region Liqasında oynayır. Bu barədə ShimalNews 15 sentyabr tarixində xəbər verir.

Liqanın oyunları Paytaxt və Şimal, Cənub və Mərkəz, Şimal-Qərb və Qərb zonaları üzrə keçiriləcək. Qalibi müəyyənləşdirmək üçün qrup mərhələsini birinci pillədə başa vuran komandalar arasında pley-off qarşılaşması təşkil ediləcək. Uğur qazananlar yarımfinala vəsiqə əldə edəcəklər.

Yarımfinal mərhələsində 3 zonanın qalibi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası üzrə birinci yeri tutmuş komanda da iştirak edəcək.