Xaçmaz rayonunda sel suları nəticəsində çökmüş körpünün yerində yenisi inşa olunacaq. Bu haqda ShimalNews 15 sentyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.

Təbii fəlakət nəticəsində çökmüş körpünün yenisi ilə əvəz edilməsi üçün günorta saatlarında əraziyə xüsusi texnikalar cəlb ediləcək. İnşaat işlərinin qısa müddət ərzində həyata keçirilməsi nəzərdə tutulub.

1974-cü ildə inşa edilmiş avtomobil körpüsünün çökmə səbəbi haqda məlumat vermişdik.