Xaçmazda havaların yağıntılı və küləkli keçməsi rayonun elektrik enerjisinin verilişində fasilələr yaradır. Bu barədə ShimalNews 14 sentyabr tarixində APA TV-yə istinadən məlumat verir.

İzmayılovka adlanan ərazidə yaşayan sakinlər bildirirlər ki, bu hallar tez-tez təkrarlanır. Bu da onlar üçün əlavə çətinliklər yaradır.

“Azərişıq” ASC-nin Xaçmaz elektrik şəbəkəsindən verilən məlumata görə, bu vəziyyətin aradan qaldırılması üçün ərazilərə müvafiq briqadalar göndərilib.