Xaçmazda 65 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Bu haqda ShimalNews 14 sentyabr tarixində Report-a istinadən məlumat verir.
Yaralı Sakit Həsənov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən kişiyə boyun fəqərəsinin sınığı və çıxığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.