Qusar, Xaçmaz, İsmayıllı rayonlarında “Təmiz ölkəm” aksiyası çərçivəsində tədbirlər təşkil olunacaq. Bu barədə ShimalNews 14 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən məlumat verir.
İməcilik işləri 16 sentyabr saat 10:00-da meşəbəyliklərdə keçiriləcək. İştirak etmək istəyən sakinlər bura dəvətlidirlər.