Qusar rayonu Mucuq kəndində şəhid Şair Heydərovun ildönümü qeyd olunub. Bu barədə ShimalNews 14 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.

Mərasimdə icra başçısı Şair Alxasov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun digər məsul şəxsləri, kənd sakinləri, şəhidin doğmaları iştirak ediblər.

Məzara gül qoyandan sonra tədbir iştirakçıları şəhid ailəsini ziyarət ediblər, problemləri ilə maraqlanıblar.

Sentyabrın 12-si və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətmişdir. Həmin vaxt Şair igidcəsinə döyüşərək şəhidlik zirvəsinə ucalmışdır.