Qusar Olimpiya İdman Kompleksinin təmsilçiləri sərbəst və yunan-Roma güləşi üzrə Respublika turnirinə qatılıblar. Bu barədə ShimalNews 14 sentyabr tarixində xəbər verir.
Güləş Federasiyası və “Arena” İdman Klubunun təşkilatçılığı ilə baş tutan yarış Zaqatalada keçirilib.
Məşqçi Mehman Babayevin rəhbərliyi altında turnirə qatılan idmançılardan Teymur Hacıyev qızıl, Emil Aydınbəyov isə gümüş medallarla təltif olunublar.