Qusar rayonunun İmamqulukənd kənd futbol meydançasının açılış mərasimi keçirilib. Bu haqda ShimalNews 14 sentyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Meydançanın inşası, təmiri və yenidənqurma işləri Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Abdurahman Manatilovun təşkilatçılığı, kənd sakini – Rusiyada yaşayan iş adamı Rufət Nağıyevin sponsorluğu və Quba-Xaçmaz RGİİ-nin Qusar rayonu üzrə gənclər və idman sektorunun dəstəyi ilə təşkil edilib.