Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Molekulyar biologiya laboratoriyası Omnilog cihazı ilə təmin olunub. Bu barədə ShimalNews 14 sentyabr tarixində məlumat verir.

Azərbaycanda ilk dəfə istifadə olunan bu cihaz tam avtomatlaşdırılmış bakteriya və göbələyin identifikasiya sistemidir. O, 2500-dən çox aerob, anaerob bakteriya, maya və göbələk növlərini sürətlə müəyyən edə bilir. Qram boyama və digər ilkin testlər artıq lazım deyil.

Omnilog çoxsaylı mikrobiologiya sahələrini əhatə edən geniş müştəri bazasının ehtiyaclarını ödəmək üçün nəzərdə tutulur.