Qubada “Komando” gənclərin hərbi-idman oyunu formatında düşərgə keçirilib. Bu haqda 14 sentyabr tarixində ShimalNews Gənclər və İdman Nazirliyinə (GİN) istinadən məlumat verir.
Hərbi simulyativ formatda təşkil olunan hərbi təlim və hərb oyunları GİN-in tərəfindən Olimpiya İdman Kompleksində baş tutub. Burada 18 ali və 11 orta ixtisas təhsili müəssisəsini təmsil edən 130 gənc iştirak edib.
Həmçinin düşərgə çərçivəsində iştirakçılar Vətən müharibəsinin qaziləri ilə görüşüblər.