İsmayıllı Olimpiya İdman Kompleksində üzgüçülük idman növü üzrə bölmə fəaliyyət göstərir. Bu barədə ShimalNews 14 sentyabr tarixində məlumat verir.

İdman bölməsinə 7-15 yaşlı uşaqlar dəvət olunurlar. Dərslər təcrübəli məşqçi-müəllim Elyar Cəfərli tərəfindən həftənin I, III, V günləri saat 10:00 – dan 12: 00-a, 15:00-dan 17:00-a kimi keçirilir.

Əlaqə telefonu: 050 457 92 37 və 099 365 56 14.