Bu gün İsmayıllıda “Sülh və birgəyaşayışın əsas şərtləri” mövzusunda tədbir keçirilib. Bu barədə ShimalNews 14 sentyabr tarixində Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.
Toplantı Heydər Əliyev Mərkəzində Gİİ-nin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
“Sülh aylığı” hər il Beynəlxalq Sülh Günü ərəfəsində avqustun 21-dən sentyabrın 21-dək Respublikamızda elan edilir. Bunun məqsədi əmin-amanlıq şəraitində yaşamaqdır.
Sonda mövzu ətrafında qarşılıqlı maraq doğuran müzakirələr aparılıb.