İsmayıllı rayonunda konsert təşkil ediləcək. Bu barədə ShimalNews 14 sentyabr tarixində xəbər verir.
Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Gününə həsr olunan konsert sentyabrın 18-i saat 15:00-da Uşaq İncəsənət Məktəbində keçiriləcək.
Tədbir Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.
“Milli Musiqi Günü”nə həsr edilən konsertlər Quba, Qusar və Xaçmaz rayonlarında da təşkil olunacaq.