İsmayıllıda yeniyetmələr və gənclər üçün kikboksinq idman növü üzrə tədbir keçirilib. Bu barədə ShimalNews 14 sentyabr tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Olimpiya İdman Kompleksində sentyabrın 13-ü “Kikboksinq hamı üçün” devizi altında nümunəvi çıxışlar təşkil olunub. Seminar Kikboksinq idman klubunun direktoru Anar Həsənov tərəfindən keçirilib.

Layihənin keçirilməsində məqsəd idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və yeni idmançıların cəlb olunmasından ibarətdir.