“Azəriqaz” İstehsalat Birliyi İsmayıllıda səyyar qəbul otağı təşkil edib. Bu haqda ShimalNews 14 sentyabr tarixində quruma istinadən məlumat verir.
“Açıq mikrofon” aksiyasından bu gün Topçu kənd sakinləri yararlanıblar.
Kənd sakinləri Sahil Vəliyev və Süleyman Bəşirov yeni yaşayış massivinin qazlaşdırılmasını xahiş ediblər. Eynulla Qurbanovun müraciəti isə fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı olub.
Görüşdə təbii qazdan istifadə edən istehlakçılar problemlərinə, istehlakçı olmayan sakinlər isə suallarına cavab tapıblar.