Xaçmazdan olan hərbçi Elnur Rüstəmovun şəhidlik zivrəsinə ucalmasından bir il keçir. Bu haqda ShimalNews 14 sentyabr tarixində məlumat verir.
Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Əbilyataq kənd sakini Elnur Rüstəmov ötən ilin sentyabr ayında torpaqlarımızın Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatdan müdafiəsi zamanı şəhid olub.
Rüstəmov Vətən müharibəsi iştirakçısı olub. O, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
33 yaşlı şəhid ailəli idi, 3 övladı qalıb.