Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında sərhədi pozmaq istəyən şəxs saxlanılıb. Bu barədə ShimalNews 13 sentyabr tarixində Dövlət Sərhəd Xidmətinə istinadən məlumat verir.
Sentyabrın 12-də saat 20:00-da “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində 59 yaşlı kişi saxlanılıb. Məlum olub ki, həmin şəxs – Gəncə şəhər sakini Ramiz Babayev Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.