Şəhid Elnur Rüstəmovun böyüyüb boya-başa çatdığı Əbilyataq kəndində il mərasimi keçirilib. Bu barədə ShimalNews 13 sentyabr tarixində məlumat verir.

Mərasimdə icra başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər və Əbilyataq kənd sakinləri iştirak ediblər.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribat törədilib. Baş gizir Elnur Rüstəmov düşmənin qarşısını alarkən 33 yaşında şəhidlik zirvəsinə ucalıb.