“Aqroservis” ASC-nin sədri Elmin Rəhmanov Xaçmazda sakinlərlə görüşüb. Bu haqda ShimalNews 13 sentyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir.

Tədbir Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında baş tutub. Qəbulda vətəndaşların müraciətləri, əsasən, fermerlərə subsidiyanın verilməsi, regionda kənd təsərrüfatı təyinatlı texnikaların satışı, “Aqroservis” ASC-nin Xaçmaz Regional Nümayəndəliyində at gücü çox olan traktorların istifadəyə verilməsi, istifadədə olan köhnə kombaynların yenilənməsi, torpaqların sənədləşdirilməsi və digər məsələlərlə bağlı olub.

Elmin Rəhmanov qeyd olunanların qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.