Xaçmaz rayon icra başçısı ali məktəblərə yüksək balla qəbul olmuş məzunlarla görüşüb. Bu haqda ShimalNews 13 sentyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Elnur Rzayev tələbə adını qazanan məzunları təbrik edib. Rayon üzrə bu il məktəbi bitirən məzunlardan 530 nəfəri tələbə adını qazanıb. Qəbul olunanlardan 51 nəfər 500-dən, onlardan 5-i isə 600-dən çox bal toplayıb.
Görüşdə Quba-Xaçmaz RGİİ-nin Xaçmaz rayonu üzrə sektor müdiri Elman Məmmədov, RTİ-nin sektor müdiri İnqilab Musayev, DİM-in Quba – Xaçmaz Regional bölməsinin müdiri Faiq Nadirsoy, Təhsil İşçilərinin Respublika Həmkarlar İttifaqı Xaçmaz Rayon komitəsinin sədri Yaşar Abbasov və məktəb rəhbərləri iştirak ediblər.
Sonda məzunlar RİH tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıblar.