Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar Xaçmaz, Şabran, Siyəzən və digər rayonlarda təmizlik işləri görüləcək. Bu barədə ShimalNews 13 sentyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Hər il ənənəvi olaraq, “Xəzəri qoruyaq!” şüarı altında keçirilən irimiqyaslı aksiya bu il 16 sentyabr tarixində təşkil olunacaq.

Tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.