Qusarın icra başçısı Şair Alxasov sakinlərin səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 13 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.
Görüş Həsənqala kəndində keçirilib. Burada icra hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanları, bir sıra idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.
Sakinlər kəndin qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və xətlərinin yeniləri ilə əvəz edilməsinin, nəqliyyat vasitələrinin sürətinin məhdudlaşdırılması məqsədilə kəndin içində yol nişanlarının və ya maneələrin quraşdırılmasının, ərazidə fəaliyyət göstərən daş karxanalarına yük avtomobillərinin kəndə daxil olmadan hərəkətinin təşkilinin və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.