Qubada mal-qara çayı keçəndə selə düşüb. Bu barədə ShimalNews 13 sentyabr tarixində məlumat verir.

Sentyabrın 12-si güclü yağıntılar Vəlvələçayda su səviyyəsinin artmasına səbəb olub. Günorta saatlarında inəklər çayı keçmək istəyib. Onlardan birini axar su aparıb.

Bütün bunları orada olan sakinlər lentə alıblar. Əldə olunan məlumata görə, inək xilas olunub.