Qubada qətl törətməkdə şübhəli bilinən şəxsin cinayət işi üzrə ibtidai istintaqı bitib. Bu barədə ShimalNews 13 sentyabr tarixində Report-a istinadən məlumat verir.
27 yaşlı Murad Abbasovun 26 yaşlı Rəhman Rəhmanovla aralarında yaranmış mübahisə ölümlə nəticələnib. Rəhmanov aldığı kəsilmiş-deşilmiş xəsarətlərdən dünyasını dəyişib. Abbasov isə polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Daha öncə, hadisənin dətalları haqqında xəbər vermişdik.